Yaxın Şərqdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün növbəti təxliyə reysi həyata keçirilir

Yaxın Şərqdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün növbəti təxliyə reysi həyata keçirilir

DİGƏR
423

10 mart 2026-cı il, Bakı – Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.

Bu barədə Fins.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumata verilib.

AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıtması planlaşdırılır.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata keçirilməsini təmin edir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaxın Şərqdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün növbəti təxliyə reysi həyata keçirilir — Fins.az — Fins.az