Xəzinədar - VAKANSİYA

Xəzinədar - VAKANSİYA

DİGƏR
617

"Baku Electronics" şirkəti xəzinədar vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsil;
  • Xəzinədar vəzifəsində minimum 1 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
  • Riyazi biliklərə malik olmaq;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
  • Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
  • Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.

Müraciət etmək üçün karyera platformasında şəxsi kabinet yaradaraq müvafiq vakansiya üzrə müraciətinizi ünvanlaya bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xəzinədar - VAKANSİYA — Fins.az