Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar 14 dəfə artıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar 14 dəfə artıb

DİGƏR
394

Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), yəni Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə artıb.

Finss.az "Qazaxıstan Dəmir Yolları" şirkətinə istinadən məlumat verir ki, TBNM Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə qədər uzanır və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu dəhlizin bir hissəsidir.

Bu ilin ilk yeddi ayında TBNM vasitəsilə 2,5 milyon ton yük daşınıb. Qazaxıstanın Nəqliyyat Nazirliyi bu il Orta Dəhlizlə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.


Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar 14 dəfə artıb — Fins.az