Texniki dəstək xidmətlərinin satınalınması - TENDER

Texniki dəstək xidmətlərinin satınalınması - TENDER

DİGƏR
361

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Fərdi inkişaf portalı”nın (FİP) texniki dəstəklənməsi xidmətlərinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 66.67 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1307417001
Satınalan təşkilatın ünvanı: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, L.Landau küçəsi, 16
Ehtimal olunan qiymət: 33.333,33 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Texniki dəstək xidmətlərinin satınalınması - TENDER — Fins.az