
Süni intellekt distant təhsildə fərdiləşdirilmiş yanaşma yaradır
Fins.az - Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda distant təhsilin elmi-nəzəri problemləri araşdırılır. Dosent Firudin Ağayev bildirib ki, ənənəvi təhsil əsasən müəllim mərkəzli və kollektiv təcrübəyə əsaslanır, süni intellekt əsaslı distant təhsil isə tələbəyönümlü, fərdi və adaptiv xarakter daşıyır.
O vurğulayıb ki, eyni metod və tempin bütün tələbələrə tətbiqi sürətli öyrənənlərin motivasiyasını azaldır, zəif öyrənənləri isə geri salır. Buna görə fərdiləşdirilmiş yanaşmalar distant tədrisin əsas üstünlüyü sayılır.