Sumqayıt Bulvarı ərazisi üçün ağac və bitki kollarının satınalınması üzrə açıq tender elan edilib

Sumqayıt Bulvarı ərazisi üçün ağac və bitki kollarının satınalınması üzrə açıq tender elan edilib

DİGƏR
376

Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt Bulvarı ərazisi üçün ağac və bitki kollarının satınalınması üzrə açıq tender elan edib.

Fins.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 249 min 216 manat təşkil edir. Müsabiqə 27 aprel 2026-cı il tarixində dərc olunub, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 20 may 2026-cı il saat 15:00-dır.

Satınalma çərçivəsində 16 min ədəd zeytun, 500 ədəd leylandr, 5 min ədəd oleandra, 5 min ədəd həmişəyaşıl kol, 12 min ədəd torf və 1200 ədəd iydə ağacının alınması nəzərdə tutulur.

Tenderdə iştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manatdır. İddiaçıların minimum sayı 3 müəyyən edilib.

Müsabiqədə iştirak və bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə həyata keçiriləcək. Tender üzrə əsas şərtlər toplusu 27 aprel saat 17:00-dan sonra əldə oluna bilər.

https://etender.gov.az/main/competition/detail/350986

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sumqayıt Bulvarı ərazisi üçün ağac və bitki kollarının satınalınması üzrə açıq tender elan edilib — Fins.az — Fins.az