Su resurslarının idarəçiliyində gender bərabərliyi müzakirə olunur

Su resurslarının idarəçiliyində gender bərabərliyi müzakirə olunur

DİGƏR
277

Azərbaycanda təmiz suya çıxışı təmin etmək məqsədilə mühüm addımlar atılır.

Finss xəbər verir ki, bunu Dövlət Su Resursları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Onun sözlərinə görə, su təchizatı ölkədə önəmli ictimai prioritetdir. O, "Su və gender bərabərliyi" konfransında çıxış edərək su resurslarının bərabər paylaşılmasının hər kəs üçün vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, qadınlar su resurslarının idarə olunmasında və qərar qəbul edilməsində mühüm rol oynamaqdadır. COP29-a həsr olunmuş konfransda iqlim dəyişikliyinin qadınların həyatına təsiri və su idarəçiliyində gender bərabərliyi məsələləri müzakirə edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Su resurslarının idarəçiliyində gender bərabərliyi müzakirə olunur — Fins.az