“Space” televiziyasına yeni direktor təyin edilib

“Space” televiziyasına yeni direktor təyin edilib

DİGƏR
262

Ayaz Mustafayev “Space” televiziyasına direktor təyin edilib.

Fins.az xəbər verir ki, bu barədə Space Televiziyası məlumat yayıb. Bildirilib ki, Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub.

O, 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2010–2011-ci illərdə isə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında “Diplomatiya” ixtisası üzrə magistr təhsili alıb. Eyni zamanda ADA Universitetinin “Advanced Foreign Service Program” proqramının məzunudur.

Əmək fəaliyyətinə 2009-cu ildə başlayan Ayaz Mustafayev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, eləcə də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra fəaliyyətini İctimai Televiziya və Azərbaycan Televiziyasının London bürosunda davam etdirərək media sahəsində beynəlxalq təcrübə qazanıb.

Son olaraq o, Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifədə çalışıb. Müxtəlif ölkələrdə peşəkar inkişaf proqramlarında iştirak edən Ayaz Mustafayev, o cümlədən Young Diplomats Forum (London) və Sinqapur Xarici İşlər Nazirliyində insan resurslarının və layihələrin idarə olunması üzrə təlimlərdə iştirak edib.

Ayaz Mustafayev ailəlidir və iki övladı var.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Space” televiziyasına yeni direktor təyin edilib — Fins.az — Fins.az