“Şahdəniz”dən çıxarılan qazın  ixrac edilən hissəsinin miqdarı AÇIQLANIB

“Şahdəniz”dən çıxarılan qazın ixrac edilən hissəsinin miqdarı AÇIQLANIB

DİGƏR
767

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari il yanvarın 1-dək çıxarılan qazın 77,6 milyard kubmetri ixraca nəql edilib.

Bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.

Qeyd edək ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Şahdəniz”dən çıxarılan qazın ixrac edilən hissəsinin miqdarı AÇIQLANIB — Fins.az — Fins.az