Rusiyalı xizəkçi Baqiyan Paralimpiadada ikinci qızıl medalını qazandı

Rusiyalı xizəkçi Baqiyan Paralimpiadada ikinci qızıl medalını qazandı

DİGƏR
281

Fins.az - Rusiyalı xizəkçi Anastasiya Baqiyan İtaliyada keçirilən Qış Paralimpiya Oyunlarında 10 km məsafəyə fərdi startlı yarışda qızıl medal qazanıb.

İdmançı görmə məhdudiyyətli paralimpiyaçıların kateqoriyasında çıxış edir.

Bu, Baqiyanın Paralimpiada-2026-da ikinci qızıl medalıdır. O, bundan əvvəl sprint yarışında da birinci olub.

Yarış zamanı Anastasiya Baqiyanı tras boyunca bələdçi Sergey Sinyakin müşayiət edib.

Hazırda İtaliyada keçirilən Paralimpiya Oyunlarında Rusiya komandasının hesabında 4 qızıl və 2 bürünc medal var.

Rusiya idmançıları yarışlarda ölkənin dövlət rəmzləri altında çıxış edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyalı xizəkçi Baqiyan Paralimpiadada ikinci qızıl medalını qazandı — Fins.az — Fins.az