"Real" beş ildən sonra antirekordunu təkrarlayıb

"Real" beş ildən sonra antirekordunu təkrarlayıb

DİGƏR
267

İspaniyanın "Real" komandası beş ildən sonra antirekordunu təkrarlayıb.

Finss.az xəbər verir ki, bu, Madrid təmsilçisinin La Liqanın XIX turunun matçında səfərdə "Atletik"ə uduzması (1:2) ilə reallaşıb.

Beləliklə, "Kral klubu" cari mövsümdəki 5-ci oyununda məğlub olub.

Hazırkı ölkə çempionu son olaraq 2020/2021 mövsümünün ilk yarısında 5 qarşılaşmada yenilib.

Qeyd edək ki, "Real" daha əvvəl Çempionlar Liqasında İngiltərənin "Liverpul" (0:2), İtaliyanın "Milan" (1:3), Fransanın "Lill" (0:1) komandalarına, La Liqada isə "Barselona"ya (0:4) uduzub.

Kaira Agayeva

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Real" beş ildən sonra antirekordunu təkrarlayıb — Fins.az