"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub

DİGƏR
553

Finss.az - "Qarabağ"ın (Azərbaycan) Avropa Liqasının 8-ci turunda Yunanıstanın "Olimpiakos" komandası ilə keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.

UEFA-nın məlumatına görə, oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın referisi Radu Petresku olacaq. Ona yan xətt hakimləri Radu Cinqulaç və Mirça Mixail Qriqoriu kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Marsel Birsan yerinə yetirəcək.

VAR sisteminə (Video assistant referee) Katalin Popa, AVAR-a isə Sebastian Koltesku rəhbərlik edəcək.

Qeyd edək ki, yanvarın 30-da Yunanıstanda keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub — Fins.az — Fins.az