"Barselona" Avropa çempionu ilə yeni müqavilə imzalayacaq

"Barselona" Avropa çempionu ilə yeni müqavilə imzalayacaq

DİGƏR
515

"Barselona" klubu İspaniya millisinin heyətində Avropa çempionu olan futbolçusu Lamin Yamalla yeni müqavilə imzalayacaq.

Finss.az xəbər verir ki, Vinger 18 yaşına çatanda onun sözləşməsinin müddəti 6 il artırılacaq.

Artıq tərəflər bununla bağlı razılıq əldə ediblər. Oyunçunun təzminat məbləği 1 milyard avrodur.

Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 16 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Vinger bu il İspaniya millisi ilə Avropa çempionu olub.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Barselona" Avropa çempionu ilə yeni müqavilə imzalayacaq — Fins.az