
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski MLS-ə keçiddən imtina edib
Fins.az - “Qarabağ” klubunun qapıçısı Mateuş Koxalski ABŞ-ın MLS liqasına keçid təklifini rədd edib.
25 yaşlı polşalı futbolçu bildirib ki, karyerasını Avropada davam etdirmək və avrokuboklarda çıxış etmək istəyir. Onun sözlərinə görə, əsas məqsədi İngiltərə Premyer Liqasında oynamaqdır.
Koxalski vurğulayıb ki, ehtiyat qapıçı olmaq istəmir və yalnız əsas heyətdə müntəzəm oynaya biləcəyi komandaya keçid variantlarını nəzərdən keçirir.
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin avqustundan “Qarabağ” klubunun formasını geyinir.