
Premyer Liqa: “Zirə” Yevlax səfərində qələbə qazanıb
Fins.az - Futbol üzrə Misli Premyer Liqasının XXV turunda “Zirə” səfərdə “Karvan-Yevlax” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qol 79-cu dəqiqədə Anatoli Nuriyev tərəfindən vurulub.
Hazırda “Zirə” 42 xalla 4-cü yerdə qərarlaşıb, Yevlax təmsilçisi isə 8 xalla sonuncu – 12-ci pillədədir. Turun digər oyunları arasında lider “Sabah”ın “Sumqayıt”la matçı, həmçinin “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” görüşləri martın 20-də keçiriləcək. Açılış oyununda “Araz-Naxçıvan” səfərdə “Şamaxı”ya qalib gəlib.