Nizami Piriyev azadlığa çıxdı

Nizami Piriyev azadlığa çıxdı

DİGƏR
124

Bakının Nərimanov rayon məhkəməsi iş adamı Nizami Piriyev barəsində həbs-qətimkan tədbirini dəyişib. Fins.az-ın “Turan”a istinadən yaydığı məlumata görə, məhkəmə sahibkardan ölkəni tərk etməmək haqqında iltizam alaraq, onu həbsdən azad edib. Bu barədə Nizami Piriyevin vəkili Kamandar Nəsibov bildirib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxs ittihamları qəbul etmir: “Beynəlxalq Bankdan metanol zavodunun tikintisi üçün alınmış kreditdən təyinatı üzrə istifadə olunub, ödəmə müddəti isə bitməyib. Müəssisə işlədikcə, kreditin qalan hissəsi də ödəniləcək”.

Bununla belə, vəkil kreditin məbləğini açıqlamayıb. Nizami Piriyevi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi saxlamışdı. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. N. Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. Bu şirkətin digər sahibi isə onun oğlu Nəsib Piriyevdir. “PNN Group”un əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev həm də Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...