Nilufər Borci Belçikada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb

Nilufər Borci Belçikada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb

DİGƏR
330

Fins.az - Azərbaycan taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən Belgian Open beynəlxalq turnirində uğurlu çıxış edərək ümumilikdə altı medal qazanıblar.

Yarışın ilk günündə gənc idmançılarımız bir qızıl və dörd bürünc medal əldə ediblər. 49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.

Digər idmançılardan Rasim Xəlilov (45 kq), İlknur Alimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medala layiq görülüblər. Böyüklər arasında isə Həşim Məmmədov (63 kq) üçüncü yeri tutub.

Turnirdə Azərbaycanı beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da referi kimi təmsil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nilufər Borci Belçikada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb — Fins.az — Fins.az