
NBA-da Luka Donçiç Maykl Cordanın 40 illik rekordunu təkrarlayıb
Fins.az - “Los-Anceles Leykers”in basketbolçusu Luka Donçiç altıqat NBA çempionu, əfsanəvi Maykl Cordanın 40 illik rekordunu təkrarlayıb.
Sloveniyalı hücumçu bu uğura “İndiana Peysers”lə oyun zamanı 46 xal toplamaqla nail olub (oyun nəticəsi 137:130). Donçiç son 6 səfər matçında orta hesabla 40 xalla çıxış edərək 1986-cı ildə Cordanın qeydə aldığı nailiyyətə çatıb.