
Naxçıvanda audit xidmətləri üzrə satınalma müsabiqəsi elan edilib
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Aqroservis” ASC maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun yoxlanılması ilə bağlı satınalma müsabiqəsi elan edib.
Fins.az xəbər verir ki, bu satınalma çərçivəsində seçiləcək audit şirkəti maliyyə hesabatlarını beynəlxalq audit standartlarına uyğun şəkildə yoxlayacaq və yekun audit rəyini təqdim edəcək. Müsabiqənin dəyəri 31 110 AZN təşkil edir. İddiaçılar öz təkliflərini 30 aprel 2026-cı il saat 16:00-dək təqdim etməlidirlər. Təklif zərflərinin açılışı da eyni tarix və saatda baş tutacaq.