Nağdsız ödənişdən imtina edən şirkət cərimələndi

Nağdsız ödənişdən imtina edən şirkət cərimələndi

DİGƏR
408

Finss.az - Son vaxtlar vergi orqanlarının nağdsız ödənişlərin təşviqi və POS-terminalların istifadəsinə nəzarəti artırılıb.

Bu çərçivədə “Baristica” MMC-də operativ vergi nəzarəti həyata keçirilib.

Nəzarət tədbirləri zamanı POS-terminalların quraşdırılması və istifadəsinə ciddi nəzarət aparılıb. Araşdırmalar zamanı bəzi obyektlərdə POS-terminalların mövcud olmasına baxmayaraq, nağdsız ödənişlərin qəbulundan imtina hallarının olduğu müəyyən edilib.

Müvafiq akt tərtib olunaraq “Baristica” MMC-yə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Vergi orqanları vətəndaşları və biznes subyektlərini nağdsız ödənişlərin təşviqinə dəstək olmağa və qanunvericiliyə əməl etməyə çağırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nağdsız ödənişdən imtina edən şirkət cərimələndi — Fins.az — Fins.az