Muzdlu işçilər üçün ən bahalı şəhərlər məlum oldu

Muzdlu işçilər üçün ən bahalı şəhərlər məlum oldu

DİGƏR
125

Dünyada muzdlu işçi saxlamaq üçün ən yüksək xərc Böyük Britaniyanın paytaxtı Londonda çəkilir. Fins.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu qənaətə “Savills” şirkəti keçirdiyi araşdırma nəticəsində gəlib. Londonda 1 muzdlu işçinin saxlanması xərci 118 085 dollardır. Maraqlıdır ki, bu göstərici dollarla ifadədə 2014-ci ildən bəri 7,3% azalıb.
Siyahıda 2-ci yerdə Honkonq, 3-cü yerdə isə Nyu-York şəhəri qərarlaşıb.
Muzdlu işçilər üçün dünyanın ən bahalı şəhərlərinin reytinqi aşağıdakı kimidir:
1. London
2. Honkonq
3. Nyu-York
4. Paris
5. San-Fransisko
6. Sinqapur
7. Tokio
8. Dubay
9. Sidney
10. Moskva
11. Los-Anceles
12. Mayami
13. Çikaqo
14. Şanxay
15. Mumbai
16. Rio-de-janeyro

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Muzdlu işçilər üçün ən bahalı şəhərlər məlum oldu — Fins.az — Fins.az