Mauro İkardi “Qalatasaray”a xəbərdarlıq edib

Mauro İkardi “Qalatasaray”a xəbərdarlıq edib

DİGƏR
266

Fins.az - Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Mauro İkardi rəhbərliyə xəbərdarlıq edib. Argentinalı futbolçu, imic hüquqlarına görə ona ödənilməsi nəzərdə tutulan 4 milyon avronu hələ ala bilmədiyi üçün belə addım atıb.

İkardinin xəbərdarlıq məktubu klub rəhbərliyində təəccüb və narazılıq doğurub. Daha əvvəl də maaş gecikməsi səbəbilə analoji addım atan ulduz futbolçu, imic hüquqları müqaviləsini “Qalatasaray”ın sabiq vitse-prezidenti Erden Timur və keçmiş konqres üzvü Murat Özkaya ilə imzalayıb. Həmin şəxslərin həbs olunması İkardinin vəd olunan vəsaiti ala bilməməsinə səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mauro İkardi “Qalatasaray”a xəbərdarlıq edib — Fins.az — Fins.az