
Mariya Stadnik 250 gənc güləşçi üçün ustad dərsi keçib
güləşi üzrə Azərbaycanın U-17 milli komandası Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.
Toplanışda 41 ölkədən ümumilikdə 250 gənc güləşçi iştirak edir. Komandanın böyük məşqçisi Mariya Stadnik hazırlıq prosesi çərçivəsində iştirakçılar üçün ustad dərsi təşkil edib. O, müxtəlif texniki fəndlərin icrasını nümayiş etdirərək gənc idmançılarla təcrübəsini bölüşüb.
Qeyd edək ki, təlim-məşq prosesi aprelin 1-dək davam edəcək. Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə növbəti toplanışını aprelin 6-dan 24-dək Bakıda keçirəcək.