“LUKOIL” Davosda SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır

“LUKOIL” Davosda SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır

DİGƏR
1,088

Yanvarın 22-də “LUKOIL” SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır.

“Biz bir sıra layihələri müzakirə edirik. Bu, “Naxçıvan” bloku və Abşeronun şimalında keçid zonası adlanan dəniz blokudur. Hər halda geoloqlarımız onları perspektivli hesab edirlər”, - “LUKOIL”un prezidenti Vahid Ələkbərov Davosda jurnalistlərə məlumat verib.

“İndi SOCAR (ARDNŞ -İF) ilə tədqiq edilməyə dair danışıqlar aparacağıq. Yəqin ki, bu gün forum çərçivəsində saziş imzalayacağıq”, - o əlavə edib.

Xəbər verildiyi kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev və Vahid Ələkbərov Davosda “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə ediblər

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“LUKOIL” Davosda SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır — Fins.az — Fins.az