Liqa 1-də mübahisəli qərar: “Lans” – PSJ oyunu təxirə salındı

Liqa 1-də mübahisəli qərar: “Lans” – PSJ oyunu təxirə salındı

DİGƏR
530

Fins.az - Fransa Liqa 1-in XXIX turunda “Lans” ilə PSJ arasında keçiriləcək oyun təxirə salınıb. Bu qərar Paris klubuna UEFA Çempionlar Liqasının 1/4 finalında İngiltərənin “Liverpul” komandası ilə matça daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədilə verilib.

Lakin Liqa 1-in qərarı birmənalı qarşılanmayıb. Hazırda PSJ-nin əsas rəqibi olan “Lans” təxirə salınmaya razı olmayıb, amma Fransa çempionatının təşkilatçıları paytaxt təmsilçisinin xeyrinə addım atıblar.

Qeyd edək ki, PSJ hazırda turnir cədvəlində 60 xalla liderdir, “Lans” isə bir xal az toplayaraq ikinci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Liqa 1-də mübahisəli qərar: “Lans” – PSJ oyunu təxirə salındı — Fins.az — Fins.az