“Zirə” heyətini yeni oyunçu ilə gücləndirdi

“Zirə” heyətini yeni oyunçu ilə gücləndirdi

DİGƏR
579

Finss.az - Azərbaycan Premyer Liqası klubu “Zirə” mövsümə ciddi transferlərlə hazırlaşır.

Klubun mətbuat xidməti bildirir ki, son olaraq “Sumqayıt”da çıxış edən 27 yaşlı yarımmüdafiəçi Rövlan Muradovla 2+1 illik müqavilə imzalanıb.

Rövlan Muradov karyerası ərzində “Qəbələ” və Bolqarıstanın “Slaviya B” komandalarında da forma geyinib. Onun komandaya qoşulması “Zirə”nin oyunçular bazasını genişləndirəcək.

Bundan əlavə, “Zirə” yay transfer pəncərəsində Brahim Konate, Yeqor Boqomolski və İsmayıl İbrahimlini də heyətinə qatıb. Klub rəhbərliyi yeni oyunçuların qarşıdakı mövsümdə komandanın nəticələrinə müsbət təsir göstərəcəyini bildirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Zirə” heyətini yeni oyunçu ilə gücləndirdi — Fins.az — Fins.az