“Fiorentina” “Nitsa”nın futbolçusu Mattia Viti ilə razılaşıb

“Fiorentina” “Nitsa”nın futbolçusu Mattia Viti ilə razılaşıb

DİGƏR
312

Finss.az - İtaliya mətbuatının yaydığı məlumata görə, Serie A klubu “Fiorentina” “Nitsa”nın 23 yaşlı müdafiəçisi Mattia Viti ilə icarə əsasında razılığa gəlib.

Transfer müqaviləsinə görə, “Fiorentina” Viti ilə icarə əsasında əməkdaşlıq edəcək, həmçinin 4,5 milyon avro dəyərində məcburi olmayan almaq hüququna malik olacaq. Gələcəkdə futbolçunun satışından isə “Nitsa” 15 faiz pay alacaq.

Qeyd edək ki, Mattia Viti cari mövsümü icarə əsasında “Empoli” klubunda keçirib. O, bu müddətdə 33 oyuna çıxaraq, 1 qol vurub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Fiorentina” “Nitsa”nın futbolçusu Mattia Viti ilə razılaşıb — Fins.az — Fins.az