KİV: Yaxın günlərdə ABŞ-İran danışıqlarının ikinci raundu olacaq

KİV: Yaxın günlərdə ABŞ-İran danışıqlarının ikinci raundu olacaq

DİGƏR
274

Həm İran, həm də ABŞ tərəfinin sərt bəyanatlarına baxmayaraq, diplomatiya qapıları açıq qalır.

Fins.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, region ölkələri gərginliyi cilovlamaq və gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır.

Bununla əlaqədar olaraq, Pakistanın "Arab News" nəşrinin jurnalisti diplomatik mənbələrə istinadən iddia edib ki, növbəti mərhələ üçün hazırlıq gedir və ABŞ-İran danışıqlarının yaxın günlərdə Pakistanın yardımı ilə ya İslamabadda, ya da Avropanın hər hansı başqa bir yerində bərpa olunacağı ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KİV: Yaxın günlərdə ABŞ-İran danışıqlarının ikinci raundu olacaq — Fins.az — Fins.az