İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq

İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq

DİGƏR
255

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin başçısının adını açıqlayıb. Hakim partiya hazırkı Baş nazir İrakli Kobaxidzenin yenidən Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.

Finss.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze siyasi şuranın bugünkü iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, partiyanın siyasi şurasının qərarına əsasən, Baş nazir vəzifəsinə namizəd yenə İrakli Kobaxidze olacaq. Parlamentin sədri vəzifəsinə isə yenidən Şalva Papuaşvilinin namizədliyi irəli sürüləcək.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq — Fins.az