
Gənclər Liqasının oyunları hava şəraiti səbəbindən təxirə salındı
Fins.az - AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15, U-16, U-17 və Gənclər Liqasının həftəsonu planlaşdırılan oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb.
AFFA-nın rəsmi saytında bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən zəruridir. Yenilənmiş oyun cədvəli barədə əlavə məlumat daha sonra açıqlanacaq.