
Gəncədə cüdo üzrə Avropa Kubokuna start verilib
Fins.az - Gəncə şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib.
Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur. Ümumilikdə yarışda 10 ölkədən 269 cüdoçu 16 çəki dərəcəsində mübarizə aparır.
Turnirdə Azərbaycanla yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ idmançıları da iştirak edirlər.
Gəncə İdman Sarayında keçirilən Avropa Kuboku aprelin 5-də başa çatacaq.