Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsində iştirak edənlərin təkrar qoşulma göstəriciləri açıqlayıb

Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsində iştirak edənlərin təkrar qoşulma göstəriciləri açıqlayıb

DİGƏR
607

“Yüksəliş” müsabiqəsinin 5 mövsümündə ümumilikdə 69 963 nəfər iştirak edib.

Fins.az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə üçün keçirilən brifinqdə deyib.

F.Hacıyev bildirib ki, iştirakçılardan 116 nəfər qalib adını qazanıb, onların 30,45%-i qadın, 69,55%-i kişi olub.

Beş mövsüm ərzində iştirakçıların təkrar qoşulma göstəriciləri belədir: 23 804 nəfər bir dəfə, 7 718 nəfər iki dəfə, 4 430 nəfər üç dəfə, 2 473 nəfər dörd dəfə və 1 111 nəfər beş dəfə müsabiqədə iştirak edib.

F.Hacıyev əlavə edib ki, 116 qalibin 80-ə yaxını artıq yüksək vəzifəyə təyin olunub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsində iştirak edənlərin təkrar qoşulma göstəriciləri açıqlayıb — Fins.az — Fins.az