
F1 Azərbaycan Qran-Prisi 2026: Hazırlıqlar çərçivəsində paddok yenidən tikilir
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün hazırlıq işlərinə start verilib.
Fins.az-ın məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BCC) tərəfindən 2026-cı il yarışı çərçivəsində paddokun yenidən tikintisinə başlanılıb.
Bildirilib ki, paddok hər zamankı kimi paytaxtın mərkəzində – Neftçilər prospektində, Hökumət Evinin qarşısında quraşdırılır.
BCC piyadaların və sürücülərin tikinti işləri aparılan ərazilərdə diqqətli olmalarını xahiş edib və şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 24–26 sentyabr tarixlərində keçiriləcək. Dünyanın ən mötəbər avtoidman yarışlarından biri sayılan tədbir on minlərlə yerli və xarici azarkeşi yenidən Bakıya toplayacaq və şəhərə yarış həyəcanı gətirəcək.