Ən ucuz əmlaklar bu birjada satılır – Azərbaycanda

Ən ucuz əmlaklar bu birjada satılır – Azərbaycanda

DİGƏR
449

Ölkəmizdə 1996-cı ildən Xammal və Əmtəə Birjası fəaliyyət göstərir. Birjanın rəsmisi Maisə Əsgərova Fins.az-a bildirib ki, Respulika Xammal və Əmtəə Birjası dövlət orqanlarının, sahibkarların və iş adamlarının sifarişi əsasında hərraclar, həyata keçirilir. Əsasən sifarişlərin məhkəmə icaaratından daxil olunduğu qeyd olundu. Belə ki, müsadirə olunması barədə məhkəmə qərar çıxardıqdan sonra müsadirə olunan daşınmaz və ya daşınar əmlaklar da adı çəkilən birjada hərraca çıxarılır.

Birjanın əsas sifarişçiləri AZƏRBAYCAN GÖMRÜK KOMİTƏSİ, AQRARKREDİT QAPALİ SƏHMDAR CƏMİYYƏTİ, AZƏRBAYCAN SƏNAYE KORPORASİYAS, RXEB və ƏMANƏTLƏRİN SİGORTALANMASI FONDU-dur.

Respublika Xammal və Əmtəə Birjasının nəzdində “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”, “Külək”- Hərrac Mərkəzi MMC, eyni zamanda “Daşınar və Daşınmaz” əmlakların və “Tərəqqi” MMC qiymətləndirmə xidməti fəaliyyət göstərir. Beynəlxalq standartların tələblərinə cavab verən və bir çox məsələlərin həlli variantlarını təklif etməklə aşağdakı xidmətləri həyata keçirir:

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının əmlakın qiymətləndirilməsi fəaliyyəti “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunla digər normativ aktlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir

Müəllif: Xeybər Heydərov

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ən ucuz əmlaklar bu birjada satılır – Azərbaycanda — Fins.az — Fins.az