Elmar Qasımov: “Bakı Ali Neft Məktəbində hazırda 24 ölkədən əcnəbi tələbə təhsil alır”.

Elmar Qasımov: “Bakı Ali Neft Məktəbində hazırda 24 ölkədən əcnəbi tələbə təhsil alır”.

DİGƏR
190

Fins.az - BANM-də tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub.

Hazırda Bakı Ali Neft Məktəbində 200 əcnəbi tələbə təhsil alır.

Onlar Özbəkistan, Konqo, Rusiya, Gürcüstan, Somali, Türkiyə, Banqladeş, Qazaxıstan, Hindistan, Pakistan, Çin, Türkmənistan, Yəmən, İraq, Burundi, Çad, Şri-Lanka, Toqo, Qırğızıstan, Sudan, Tanzaniya,

Kot-d'İvuar, Müqəddəs Lusiya və Misiri təmsil edirlər.

BANM ildən-ilə beynəlxalq tələbələrin seçim etdiyi və xarici gəncləri özünə cəlb edən nüfuzlu ali təhsil müəssisəsinə çevrilir.

BANM yalnız yüksəkkeyfiyyətli mühəndis və mütəxəssis hazırlığı ilə deyil, eyni zamanda multikultural və beynəlxalq tələbə mühitinin formalaşdırılması ilə də fərqlənir. Xarici tələbələr universitetin akademik və ictimai həyatında fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına töhfə verirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elmar Qasımov: “Bakı Ali Neft Məktəbində hazırda 24 ölkədən əcnəbi tələbə təhsil alır”. — Fins.az — Fins.az