Dövlət Su Ehtiyatları Agentliyi proqram lisenziyaları alır

Dövlət Su Ehtiyatları Agentliyi proqram lisenziyaları alır

DİGƏR
221

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi proqram təminatına dair lisenziyaların satın alınması ilə bağlı açıq tender elan edib.

Fins.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 60 min 959,39 manat təşkil edir. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 22 may 2026-cı il saat 17:00-dır.

Satınalma çərçivəsində 47 ədəd müddətsiz Windows 11 Pro lisenziyası, 47 ədəd müddətsiz Office LTSC Standard 2024 lisenziyası və 1 ədəd 1 illik Burp Suite Professional lisenziyasının alınması nəzərdə tutulur.

Tenderdə iştirak haqqı 121,92 manat, istifadə haqqı isə 25 manatdır.

https://etender.gov.az/main/competition/detail/351164

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Su Ehtiyatları Agentliyi proqram lisenziyaları alır — Fins.az — Fins.az