
DJ “Space FM”ə direktor təyin olundu
“Space FM” radiosunun rəhbərliyində dəyişiklik olub.
Fins.az xəbər verir ki, radiostansiyanın direktoru vəzifəsinə tanınmış radio aparıcısı Çingiz Mustafayev (DJ Çina) təyin edilib.
O, yeni vəzifəyə təyin olunduğunu sosial şəbəkə hesabında paylaşaraq ictimaiyyətə açıqlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Space FM”in əvvəlki direktoru Sərxan Qədimov vəzifəsindən azad edilib.
