
Cənubi Qafqaz Boru Kəmərinin ötürmə gücü 10 milyard kubmetr artırıla bilər
Gələcəkdə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) illik ötürmə gücü 34 mlrd. kubmetrə çatdırıla bilər, bu da kəmərin indiki ötürmə gücü ilə müqayisədə 10 mlrd. kubmetrə yaxın çoxdur.
Fins.az xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində "Caspian Oil&Gaz" neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.
Məlumata görə, hazırda kəmərin illik ötürmə gücü 24,04 mlrd. kubmetr təşkil edir.