Çempionlar Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəlib

Çempionlar Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəlib

DİGƏR
384

Fins.az - Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda yarımfinala vəsiqə qazanıb.

Yığma B qrupunun son oyununda İspaniya millisi ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 16:11 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə qrupda ikinci yeri tutan Azərbaycan millisi yarımfinal mərhələsinə yüksəlib.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çempionlar Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəlib — Fins.az — Fins.az