
“Çelsi” Premyer Liqa qaydalarını pozduğuna görə cərimələnib
Fins.az - İngiltərənin “Çelsi” futbol klubu Premyer Liqa qaydalarını pozduğuna görə 10,75 milyon funt sterlinq məbləğində cərimələnib. Premyer Liqa ilə əldə olunan razılaşmaya əsasən, əsas komanda üçün birillik transfer qadağası tətbiq edilsə də, bu cəza iki il müddətinə şərti saxlanılıb. Bundan əlavə, klubun akademiyası üçün dərhal qüvvəyə minən doqquz aylıq transfer qadağası tətbiq olunub. Araşdırma klubun 2022-ci ildə özü tərəfindən açıqladığı və uzun illər əvvələ aid olan qayda pozuntuları ilə bağlı aparılıb. Bildirilir ki, 2011–2018-ci illər arasında həyata keçirilmiş gizli ödənişlər də araşdırma predmetinə daxil edilib. Həmin dövrdə klub rusiyalı milyarder Roman Abramoviçə məxsus idi.