
Çağrı mərkəzi üzrə qrup rəhbəri - VAKANSİYA
Finss.az - SF Azərbaycan BOKT "Çağrı mərkəzi üzrə qrup rəhbəri" vəzifəsinə vakansiya elan edir.
İş şəraiti:
- Tam iş günü
- Müştəri xidmətləri şöbəsi
- Bakı
Tələblər:
- Müvafiq vəzifə üzrə 1 il ardıcıl iş təcrübəsi (Bank sahəsi üzrə arzuolunandır);
- Analitik bacarığı olan;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
- Güclü kommunikativ qabiliyyətə sahib olan;
- MS Office, xüsusilə Excel bilikləri;
Vəzifə öhdəlikləri:
- Operatorların işinin effektiv şəkildə təşkili: əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət;
- Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, məlumatlandırma xidmətinin göstərilməsi;
- Məlumatların (şikayətlərin, təkliflərin) qəbulu və yönəldilməsi;
- Xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
- İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
Biz Sizə nə təklif edirik:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta təminatının verilməsi (3 ay sonra);
- “Team building” tədbirlərinin keçirilməsi;
Əmək haqqı və iş rejimi:
- İş rejimi: 5/2
- Əmək haqqı: 1100 azn (net) + 400 azn KPI bonus;
- Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi, 11 mərtəbə.
Müraciət üçün: //talent.sage.hr/jobs/8a30805c-fa6f-48dd-85a9-9283d53d6541