BVF-nin baş iqtisadçısı iş yerini dəyişir

BVF-nin baş iqtisadçısı iş yerini dəyişir

DİGƏR
113

Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Olivye Blanşar istefaya gedir. Fins.az-ın rus mətbuatına istinadən yaydığı məlumata görə, o, bu il, sentyabrın 30-da iş yerini dəyişəcəyi barədə BVF-in icraçı direktoru Kristin Laqarda xəbərdarlıq edib. Payızdan etibarən 66 yaşlı alim Vaşinqtondakı Piterson adına Dünya İqtisadiyyatı İnstitutunda işləyəcək. Laqard Blanşara işgüzar və insani keyfiyyətlərinə görə ən yüksək qiymət verib. Bununla belə, onun sözlərinə görə, BVF Blanşarın yerinə namizəd axtarışına dərhal başlayacaq.

Fransalı professor Olivye Blanşar 2008-ci ilin sentyabr ayından BVF-nin baş iqtisadçısı vəzifəsində çalışıb. Onun Massaçusets Texnologiya İnstitutundan doktorluq dərəcəsi var. Alim Harvard Universitetində işləyib, həmçinin ABŞ Nyu-York və Boston şəhərlərində Federal Ehtiyat banklarının müşaviri olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BVF-nin baş iqtisadçısı iş yerini dəyişir — Fins.az — Fins.az