BP və Azərbaycan Deflimpiya Komitəsi Yerli Tərəfdaşlıq Sazişi imzalayıb

BP və Azərbaycan Deflimpiya Komitəsi Yerli Tərəfdaşlıq Sazişi imzalayıb

DİGƏR
452

Fins.az - BP və Azərbaycan Deflimpiya Komitəsi (ADK) arasında Yerli Tərəfdaşlıq Sazişi imzalanıb.

Sənədi BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ADK İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb. Sazişə əsasən, BP 31 dekabr 2027-ci ilə qədər ADK-nin Azərbaycandakı rəsmi tərəfdaşı kimi fəaliyyət göstərəcək.

Saziş milli idmanın inkişafına dəstək və Azərbaycanda inklüziv cəmiyyətin təşviqi məqsədini daşıyır. A.Bayramov bildirib ki, deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, cəmiyyətə inteqrasiyası və həyat keyfiyyətinin yüksəlməsi üçün vacibdir.

B.Aslanbəyli qeyd edib ki, bu tərəfdaşlıq milli idman, komandalar və idmançıların inkişafına dəstək verməklə yanaşı, eşitmə qüsurlu idmançılar üçün imkanlar yaradaraq inklüziv cəmiyyəti təşviq edir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BP və Azərbaycan Deflimpiya Komitəsi Yerli Tərəfdaşlıq Sazişi imzalayıb — Fins.az — Fins.az