
Bakıda Böyük İpək Yolu boks turniri başlayıb
Fins.az - Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Açılış mərasimi iştirakçı komandaların paradı ilə başlayıb. Azərbaycan Boks Federasiyasının nümayəndələri turnirin əhəmiyyətini vurğulayaraq, yarışda güclü komandaların iştirak etdiyini bildiriblər. Dövlət Himni səsləndirildikdən sonra turnir rəsmi olaraq açıq elan olunub.
Boks Mərkəzində təşkil olunan yarış aprelin 7-dək davam edəcək. Turnirdə Azərbaycanla yanaşı Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparır. Kişilər 10, qadınlar isə 4 çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəklər.