“Azərsu” ASC-nin builki fəaliyyəti ilə bağlı maliyyə hesabatını audit edəcək şirkət məlum olub. Fins.az xəbər verir ki, qurumun bu məqsədlə keçirdiyi açıq tenderin qalibi "RSM Azerbaijan" MMC-dir. Qalib şirkətə 130 390 manat ödənəcək.