“Azərişıq” elektrotexniki polad vərəqələr alır

“Azərişıq” elektrotexniki polad vərəqələr alır

DİGƏR
255

“Azərişıq” ASC elektrotexniki polad vərəqələrin satın alınması ilə bağlı kotirovka sorğusu elan edib.

Fins.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 96 min 864,35 manat təşkil edir. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 22 may 2026-cı il saat 16:30-dır.

Satınalma çərçivəsində 0,35 mm qalınlığında 6,5 ton və 0,30 mm qalınlığında 6,3 ton olmaqla ümumilikdə 12,8 ton elektrotexniki polad vərəqənin alınması nəzərdə tutulur.

Müsabiqədə iştirak haqqı 193,73 manat müəyyən edilib. İddiaçıların minimum sayı 3-dür.

Satınalma ilə bağlı bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə həyata keçiriləcək.

https://etender.gov.az/main/competition/detail/351242

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərişıq” elektrotexniki polad vərəqələr alır — Fins.az — Fins.az