Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib

Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib

DİGƏR
238

Bu ilin yanvar-may aylarında Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 4 milyard 409 milyon 619 min ABŞ dolları təşkil edib.

Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42% azdır.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 23,91%-i həcmində olub.

Beş ayda Azərbaycan İtaliyaya 4 milyard 228 milyon 930 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 43% azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 37,97%-i İtaliyanın payına düşüb.

Yanvar-may aylarında Azərbaycan İtaliyadan məhsul idxalını illik müqayisədə 1,3% artıraraq 180 milyon 689 min ABŞ dollarına çatdırıb. Dövr ərzində İtaliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 2,47%-ni təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib — Fins.az