
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Fins.az - Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.
82 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Belarus təmsilçisi İllia Valeuski ilə qarşılaşıb və rəqibinə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-də başa çatacaq.