
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəni dayandırıb
Fins.az - 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda son oyununu keçirib.
B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Malta yığması ilə üz-üzə gəlib. “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızın hesabını 57-ci dəqiqədə Əli Bəşirov açıb, 72-ci dəqiqədə isə rəqib futbolçu avtoqol vurub.
Bu nəticə ilə Azərbaycan U-17 millisi qrupu 3 xalla üçüncü pillədə tamamlayıb. Qeyd edək ki, əvvəlki iki oyununda millimiz Bolqarıstan (1:1) və Litva (0:0) komandaları ilə heç-heçə etmişdi.