Azərbaycandan karbamid ixracı 21,9 milyon dollar olub

Azərbaycandan karbamid ixracı 21,9 milyon dollar olub 

DİGƏR
184

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 21,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi-nin (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə mart sayında məlumat verilib.

Məlumata əsasən, karbamid ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 milyon ABŞ dolları və ya 39,2% azalıb. Bu dinamika məhsul üzrə ixrac göstəricilərində geriləmənin müşahidə olunduğunu göstərir.

Bununla yanaşı, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dollarına çatıb.

Eyni zamanda, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 30,5% artım göstərərək 200,6 milyon ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan karbamid ixracı 21,9 milyon dollar olub — Fins.az — Fins.az